“Bu məlumatın heç bir rəsmi əsası yoxdur” “Bu məlumatın heç bir rəsmi əsası yoxdur”

Aynur Sofiyeva inkar edir

“Bu məlumatın heç bir rəsmi əsası yoxdur”



AzNews.az-a bu gün daxil olan məlumata görə, sabiq deputat Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan Uşaq Təşkilatına yeni rəhbər müəyyənləşdirilib. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevadır.

Məlumatı verən mənbənin sözlərinə görə, A.Sofiyevanın təşkilata rəhbər təyin edilməsində sədr müavininin bu sahədəki təcrübəsi, həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının yüksək qiymətləndirilməsidir.

Məlumatla bağlı redaksiyamızla əlaqə saxlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, onlarda bu barədə hansısa informasiya yoxdu: "Bu məlumatın heç bir rəsmi əsası yoxdur".

Gültəkin Qəhrəmanlı
AzNews.az