Vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək. Vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.
  • Toplum
  • 15 Oktyabr 2018 13:12
  •  1 987

Yusif Kərimov vəfat edib

Vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.

Bu barədə Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə sosial şəbəkədə məlumat verib. M.Süleymanovun qeyd edib ki, Y.Kərimovun vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı” qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) vəzifələrində çalışıb.

"Azərbaycan gəncləri” qəzetinin redaktoru (1981-1995), Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.

İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.