Ölkədə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb. Ölkədə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb.

Pensiyalarda artım var

Ölkədə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb.

AzNews.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki,

2018-ci il 1 oktyabr tarixinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 309 min nəfərdir. Məlumat əsasən, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.

Ölkədə pensiya alanların sayı 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Pensiyaçıların 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alır.
Səidə Nurməmmədli,
AzNews.az