Bu gün əməkdar jurnalist Yusif Kərimov torpağa tapşırılıb. Bu gün əməkdar jurnalist Yusif Kərimov torpağa tapşırılıb.
  • Toplum
  • 15 Oktyabr 2018 19:07
  •  1 805

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirildi

Bu gün əməkdar jurnalist Yusif Kərimov torpağa tapşırılıb.

Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb.

Mətbuat Şurasından AzNews.az-a verilən məlumata görə, vida mərasimi mərhumun evində keçirilib.

Şura sədri, Milli Mədlisin deputatı Əflatun Amaşov vida mərasimindəki çıxışında bildirib ki, Y.Kərimov çoxşaxəli yaradıcılıq diapazonuna malik dəyərli qələm adamı idi. Onun yoxluğu jurnalistikamız, publisistikamız və bütövlükdə ictimai fikir cameəmiz üçün son dərəcə böyük itkidir. MŞ sədri Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıb, mərhumun doğmalarına və əzizlərinə başsağlığı diləklərini çatdırıb.

Çıxış edənlərdən veteran jurnalist Məzahir Süleymanzadə, MŞ-nin İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, əməkdar jurnalist Zöhrab Zeynalov və başqaları Y.Kərimovun həyat yolundan söz açıblar. Onlar mərhum qələm sahibinin hər zaman jurnalistika prinsiplərinə sadiqliyini vurğulayıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, dünən dünyasını dəyişmiş Y.Kərimov Xırdalan qəbirstanlığında torpağa tapşırılıb.

AzNews.az

image description