AQTA bu münasibətlə videoçarx hazırlayıb AQTA bu münasibətlə videoçarx hazırlayıb
  • Toplum
  • 16 Oktyabr 2018 11:46
  •  4 387

16 oktyabr - Ümumdünya Qida günüdür

AQTA bu münasibətlə videoçarx hazırlayıb

16 oktyabr -Ümumdünya Qida Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Agentlikdən AzNews.az-a verilən məlumata görə, AQTA vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx (https://www.youtube.com/watch?v=fyHWYRrCtQo) hazırlayıb.

Qeyd edək ki, 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün “Ümumdünya Qida Günü”nün şüarını “Sıfır aclıq” (“Zero Hunger”) olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinlərinin səylərinin birləşdirilməsi ilə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.

Səidə Nurməmmədli,

AzNews.az