5 quyu qazılacaq, məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir 5 quyu qazılacaq, məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir
  • Toplum
  • 16 Oktyabr 2018 12:30
  •  881

Sürüşmə zonasında evlərin sökülüb-sökülməməsi ilə bağlı qərar veriləcək - İnsanlar köçürülüb, yol bağlanılıb

5 quyu qazılacaq, məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov deyib.

O bildirib ki, 150 metr dərinliyində 5 quyu qazılacaq: "Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir".

Şöbə müdirinin sözlərinə görə, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: "İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb-sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur".

© AzNews.az