“Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün addım atdı. Bu, böyük qayğı idi" “Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün addım atdı. Bu, böyük qayğı idi"
  • Tribuna
  • 16 Oktyabr 2018 12:39
  •  1 261

“Bu, Prezidentin şəhid ailələrinə böyük qayğısı idi” - Fazil Mustafa

“Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün addım atdı. Bu, böyük qayğı idi"

AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, müharibə aparan dövlət bu insanların hüquqlarını qorumalıdır. Amma bir qrup insan var ki, bu hüquqdan yararlana bilmir.

"Şəhid ailələri “Azərsığorta”ya müraciət edirlər, amma mənfi cavab alırlar. Həmin insanlara bildirirlər ki, onlar pulu 90-cı illərdə alıblar. Amma onlar vəsaiti almadıqlarını bildirirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də bunu vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Həmin insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər, nazirlik də bildirir ki, adınız “Azərsığorta”nın təqdim etdiyi siyahıda yoxdur. Bu da yanlış bir yanaşmadır. Dövlət qurumları öz funksiyalarını yerinə yetirmirlər, vətəndaşı Milli Məclisə yönləndirirlər. Parlament öhdəsinə düşəni edib, qərar qəbul edib, Ölkə Prezidenti də bu istiqamətdə addım atıb. Hansısa işinin öhdəsindən gələ bilmirsə, bunun yolunu tapmaq lazımdır”.

Deputat bu prosesin sənədləşməsinin elektron qaydada aparılmasını təklif edib.

Deputat Zahid Oruc da bu məsələni qaldırıb. O, deyib ki, 4800-dən artıq şəhid ailəsi müavinət ala bilməyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdən çox narahatdır. Məsələnin həll edilməsinə çalışırlar”.

Digər deputatlar Aqil Abbas, Qənirə Paşayeva da bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıblar.

Elgün
AzNews.az