79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib
  • Toplum
  • 16 Oktyabr 2018 15:22
  •  3 032

Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi

79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib

Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yaranıb.

R.Mahmudov ötən gün qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov bir müddətdir ki, mədəaltı vəzidə yaranan xəstəlikdən əziyyət çəkir. (Publika.az)

© AzNews.az