Tədbirin aparıcısı məşhur tərcüməçi-şair Vano Krügerdir Tədbirin aparıcısı məşhur tərcüməçi-şair Vano Krügerdir

Məmməd Arazın yaradıcılıq gecəsi keçiriləcək

Tədbirin aparıcısı məşhur tərcüməçi-şair Vano Krügerdir

18 oktyabr 17:00-da Səməd Vurğun adına kitabxanada (Aleksandr Arxipenko küçəsi 3.) Azərbaycan şairi, publisist, tərcüməçi Məmməd Arazın 85 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi baş tutacaq.

AzNews.azın məlumatına görə tədbir, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək.

Tədbirin tərəfdaşları Ukrayna Yazıçılar Birliyinin Kiyev təşkilatı, İslam mədəniyyət Mərkəzi, Boris Oleynik adına Ukrayna mədəniyyət mərkəzidir.

Yaradıcılıq gecəsinin qonaqları Ukraynanın əməkdar artisti Boris Lobodanın, tanınmış şair Şəhriyar Del Gerani və Səfai Naibovun rəhbərliyi altında fəaliyyət göstərən bazar günü məktəbinin şagirdlərinin ifasında Məmməd Arazın şeirlərini dinləyə biləcəklər. Bundan başqa, qonaqlara "Ləzginka” şou-balet qrupu öz kompozisiyasını təqdim edəcək.

Tədbirin aparıcısı məşhur tərcüməçi – şair Vano Krügerdir.

Həmçinin Azərbaycana həsr olunmuş "Nar çalarları poeziyası” Kiyev poeziya festivalının finalçılarının şeirlərini səsləndiriləcək.

Səməd Vurğun adına kitabxananın dostları Səbail rayon MKS-la birlikdə Məmməd Araza həsr olunmuş sənədli video və fotolar da tədbir boyunca qonaqlara nümayiş olunacaq.

AzNews.az