Fatmayı qəbiristanlığında torpağa tapşırılıb Fatmayı qəbiristanlığında torpağa tapşırılıb
  • Toplum
  • 16 Oktyabr 2018 16:38
  •  2 475

Qazi Etimad Əsədov dəfn edildi - Foto, Video

Fatmayı qəbiristanlığında torpağa tapşırılıb

Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov Fatmayı qəbiristanlığında torpağa tapşırılıb.

EƏsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-84-cü illərdə həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi. (yenicag.az)

© AzNews.az

image description image description image description