Türkiyənin Azərbaycandakı Səfriliyində Qafqaz İslam Ordusunun və Bakının qurtuluşunun 100-cü ildönümü vəsiləsiylə rəsm sərgisi təşkil edilib. Türkiyənin Azərbaycandakı Səfriliyində Qafqaz İslam Ordusunun və Bakının qurtuluşunun 100-cü ildönümü vəsiləsiylə rəsm sərgisi təşkil edilib.

Türkiyə səfirliyində rəsm sərgisi keçirilib: 100 illiyə töhfə - Fotolar

Türkiyənin Azərbaycandakı Səfriliyində Qafqaz İslam Ordusunun və Bakının qurtuluşunun 100-cü ildönümü vəsiləsiylə rəsm sərgisi təşkil edilib.

AzNews.az xəbər verir ki, sərgidə 27 Azərbaycanlı rəssamın çox sayda əsəri sərgilənib.

Tədbirin açılış törənində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral sərginin təşkili barədə məlumat verib. Onun sözlərinə görə, sentyabrın əvvəlində Azərbaycandan olan 27 rəssam Azərbaycandakı Türk şəhidliklərini ziyarət edərək orada keçirdikləri hisləri, duyğuları kətana köçürüb:

“Bu gün o təəssüratlarla çəkilmiş rəsmlərin sərgisini reallaşdırdıq. Bilirsiniz, Azərbaycan bizim Türkiyədən sonra ən çox şəhid məzarlığımızın olduğu bir ölkədir. Bu baxımdan, bu, şəhidlərimizi anmaq məqsədilə həyata keçirdiyimiz bir layihədir. Burada əl işləri sərgilənən rəssamlar Nuru Paşa Salonunda gördüyünüz bu özəl rəsmlərlə həqiqətən də çox önəmli bir işi reallaşdırdılar. Sərgidə sadəcə şəhidliklərin rəsmi yer almayıb, burada bundan 100 il öncə baş vermis olaylarla bağlı əsərlər də var. Bizim keçmişimizi, taxirimizi anladan, Xocalı qətliamını xatırladan və bu günə necə gəldiyimizi göstərən, ulu öndərlərimizi, Heydər Əliyevi, Mustafa Kamal Atatürkü, eləcə də prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təsvir edildiyi, Türkiyə və Azərbaycanın həkk olunduğu rəsmlər var. Bütün bunların bizə göstərdiyi tək bir şey var - bu da “İki dövlət, bir millət” sözünün nə qədər gerçək olduğu, içinin nə qədər dolu və mənalı olduğudur. Buna görə də bu sərgiyə qatılan bütün rəssamlarımıza sonsuz təşəkkürlərimi bildirirəm”.

Sonra sərgidə əsərləri nümayiş olunan rəssamlara “Təşəkkürnamə” paylanılıb. Ardınca mərasimə təşrif buyuran qonaqlar sərgilənən rəsmlərə baxaraq təəssüratlarını bölüşüblər.

Elgün MƏNSİMOV
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description