Sürüşmə prosesi hələlik aktiv fazada qalır Sürüşmə prosesi hələlik aktiv fazada qalır
  • Toplum
  • 16 Oktyabr 2018 20:25
  •  2 093

Badamdarda uçqun oldu - RƏSMİ

Sürüşmə prosesi hələlik aktiv fazada qalır

Badamdar-20-ci sahə şosesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayiət olunur. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Bu barədə AzNews.az-a RSMX-dən məlumat verilib. Xatırladaq ki, oktyabrın 12-dən başlayaraq, RSMX-nin əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların başvermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

© AzNews.az