Bakı şəhərində yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Meyiti maşından güclə çıxardılar... - Bakıda ağır qəza

Bakı şəhərində yol nəqliyyat hadisəsi baş verib.

AzNewes.az FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili hasara çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlu dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Bahar RÜSTƏMLİ
AzNewes.az