“Azərbaycan Gəncliyi Müstəqil Dövlətimizin Gələcəyi və Qarantıdır” “Azərbaycan Gəncliyi Müstəqil Dövlətimizin Gələcəyi və Qarantıdır”
  • Toplum
  • 17 Oktyabr 2018 12:36
  •  1 988

İsmayıllıda müstəqilliyin 27-ci ildönümü münasibətilə tədbir keçirilib

“Azərbaycan Gəncliyi Müstəqil Dövlətimizin Gələcəyi və Qarantıdır”

Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin akt zalında İsmayıllı rayon İcra Hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatının və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyinin 27-ci il dönümü münasibətilə “Azərbaycan Gəncliyi Müstəqil Dövlətimizin Gələcəyi və Qarantıdır” mövzusunda rayon gəncləri və idmançıları ilə görüş keçirilib.

Gənclər və İdman Nazirliyindən AzNews.az-a verilən məlumata görə, tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, başçının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, RTŞ-nin, RMX-nın, kollec və peşə tədris mərkəzinin rəhbərləri, şəhər İƏD-si üzrə nümayəndə və bələdiyyə sədri, 200 nəfərdən çox gənc və idmançı iştirak edib.

Sevil Əhmədova aparılan uğurlu dövlət-gənclər siyasəti barədə danışıb.

Taleh Salehov gənclərə dövlət qayğısı, ölkə Prezidenti İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət, “Cümhuriyyət ili” çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.

RİH-nin başçısı gəncləri müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə təbrik edib, rayon gənclərinin daha aktiv təşkilatlanması, elmi-biliklərə dərindən yiyələnməsi, rayonun ictimai-siyasi həyatında fəallıqlarının artırılması, sahibkar gənclərə dövlət dəstəyinin gücləndirilməsi, yaradıcı gənclərin istedadlarının inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə çıxış edib.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description