“Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək” “Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək”
  • Toplum
  • 17 Oktyabr 2018 15:11
  •  1 775

Buxta küçəsində evlər təhlükədədir

“Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək”

Buxta küçəsindəki sürüşmə zonasında yaşayış təhlükəlidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, küçəsinin ön hissəsindəki evlər sökülüb və gərginlik var:

“Nazirlik tərəfindən Buxta küçəsi riskli ərazi kimi konturlaşdırılıb. Ərazidə relyefin maililiyi təxminən 40 dərəcəyə çatır. Əvvəldən yamac terrasvari kəsilərək boş torpağın üzərində evlər tikilib. Bilirsiniz, ərazidə bir evin arxa divarı növbəti evin istinad divarı rolunu oynayır. Orada kanalizasiya suları boş sahəyə axıdılır.

Yaz aylarında uçqun baş verdi və təxminən 43 evdə qəzalı vəziyyətə düşdü. Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev tamamilə uçub. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur”.

Əziz Qaralov qeyd edib ki, digər evlər də təhlükədədir:

“Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək”. (Oxu.Az)

© AzNews.az