Gün ərzində müşahidələr davam etdirilir Gün ərzində müşahidələr davam etdirilir
  • Toplum
  • 17 Oktyabr 2018 15:52
  •  1 646

"Sürüşmənin nə vaxt dayanacağı bəlli deyil" - Mütəxəssis

Gün ərzində müşahidələr davam etdirilir

"Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı bilinmir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir:

“Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Axşam saatlarında yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Hazırda proses davam edir”.

Əziz Qaralov qeyd edib ki, sürüşmə prosesinin nə zaman dayanacağı bilinmir:

Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki ayda proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub”.