Sosial şəbəkədə aktiv olan deputatlar aksiyaya qoşulublar. Sosial şəbəkədə aktiv olan deputatlar aksiyaya qoşulublar.
  • Toplum
  • 18 Oktyabr 2018 10:09
  •  1 827

Deputatlar sosial şəbəkədə aksiyaya dəstək verdilər

Sosial şəbəkədə aktiv olan deputatlar aksiyaya qoşulublar.

“ABAD” 18 Oktyabr “Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar “Azərbaycanımızı qarış-qarış” aksiyasına start verib. Aksiya çərçivəsində hər kəs vətənimizin gözəl guşələrində çəkdiyi maraqlı görüntüləri (foto və ya video) paylaşır.

Sosial şəbəkədə aktiv olan deputatlar aksiyaya qoşulublar.

AzNews.az məlumat verir ki, aksiyada iştirak edən millət vəkili Naqif Həmzəyev Gəncə şəhərindən maraqlı foto paylaşıb.

Millət vəkili Elşad Həsənov isə Hacı Cavad məscidinin şəklini paylaşaraq həmkarı Kamran Nəbizadəni aksiyada iştiraka səsləyib.

Aksiyaya qoşulan Kamran Nəbizadə də öz növbəsində Göyəzən dağının fotosunu paylaşıb. O da millət vəkili Mahir Abbaszadəni aksiyada iştiraka səsləyib.

Ədil Ədilzadə
AzNews.az