Bakının Binəqədi rayonunda yerləşən 143 nömrəli orta məktəbdə problem yaranıb. Bakının Binəqədi rayonunda yerləşən 143 nömrəli orta məktəbdə problem yaranıb.
  • Toplum
  • 18 Oktyabr 2018 10:38
  •  1 741

Bakı məktəbində problem: Direktor aciz durumda

Bakının Binəqədi rayonunda yerləşən 143 nömrəli orta məktəbdə problem yaranıb.

Məktəb rəhbərliyi də yaranmış problemin qarşısını almaqda acizdir.

AzNews.az minval.info-ya istinadən xəbər verir ki, problem valideynlərlə bağlıdır. Belə ki, övladlarını məktəbə gətirən valideynlər avtomobillə məktəbin həyətinə daxil olduğundan şagirdlərin həyatı üçün ciddi təhlükə yaranıb.

Adının açıqlamasını istəməyən valideyn deyir ki, avtomobillərin təhsil müəssisəsinin həyətinə daxil olması düzgün deyil: “Burada maşını saxlayarkən və ya həyətindən çıxarkən uşaqlar xəsarət ala bilərlər. Ona görə düşünürəm ki, bu, yolverilməzdir. Biz uşaqlarımızı məktəbə gətiririk, müəllimlərə əmanət edib gedirik. Hər hansı bədbəxt hadisə baş versə, buna kim cavabdeh olacaq?!"

Məsələ ilə bağlı məktəb direktoru Elmar Həşimov açıqlama verib. O bildirib ki, sözügedən vəziyyətin yaranmasının əleyhinədir və bunun qarşısını almağa çalışırlar: "Səhər və günorta vaxtı məktəbin darvazasını açıq qoyuruq ki, uşaqların hərəkəti üçün maneçilik törətməsin. Təkcə kiçik qapı açıq olarkən sıxlıq yaranır. Bu zaman fürsətdən istifadə edən valideynlər olur, nə edə bilərik? Televiziyada da, valideyn iclasında da dəfələrlə demişəm ki, məktəbin həyətinə maşınla daxil olmaq qadağandır. Xeyri yoxdur. Mən özüm maşınımı məktəbdən 100 metr uzaqlıqda saxlayıb piyada gəlirəm. Uşaqların təhlükəsizliyinə hamıdan çox mən cavabdehəm. Bəzi valideynlər bizi başa düşmür".

Ədil Ədilzadə
AzNews.az