FHN-in xilasetmə qüvvələri meyiti sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər FHN-in xilasetmə qüvvələri meyiti sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər
  • Toplum
  • 18 Oktyabr 2018 14:03
  •  1 955

Su kanalından meyit tapılıb - Sabirabadda

FHN-in xilasetmə qüvvələri meyiti sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N. Gülbalayevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

© AzNews.az