Mingəçevirlilər “Əsgərə məktub” layihəsinə qoşulub. Mingəçevirlilər “Əsgərə məktub” layihəsinə qoşulub.
  • Toplum
  • 18 Oktyabr 2018 23:21
  •  1 584

Şagirdlərdən əsgərlərə məktub var

Mingəçevirlilər “Əsgərə məktub” layihəsinə qoşulub.

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi ilə bağlı Mingəçevir şəhərində tədbir keçirib.

Kütləvi-vətənpərvərlik tədbirinə Mingəçevir şəhər Texniki Humanitar Liseyinin müəllim və şagirdləri, N nömrəli hərbi hissəsinin əsgərləri, “ASAN Xidmət” könüllüləri qatılıb.

Tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verilərək, onun Azərbaycanın müxtəlif regionlarında həyata keçirildiyi diqqətə çatdırılıb.

Layihənin məqsədi ictimaiyyətlə ordu arasında əlaqələri möhkəm­lən­dir­mək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini daha da artırmaqdır.

Layihəyə qoşulanlar məktub yazmaqla yanaşı video çəkiliş vasitəsi ilə də ordu sıralarında xidmət edən hərbi qulluqçulara öz arzularını çatdırıblar.

Mingəçevir şəhər Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova xalq və ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən bu layihənin təşkilini yüksək qiymətləndirib. Tədbirdə iştirak edən N nömrəli hərbi hissənin bir qrup əsgər və zabit heyəti şagirdlərə, gələcəyin əsgərlərinə vətənpərvər olmağı, Vətənin hər qarışını sevməyi tövsiyə ediblər. Əsgərlərin şagirdlər ilə birgə rəqsləri, vətənpərvərlik ruhunda mahnı ifaları tədbiri daha da yaddaqalan edib.(modern.az)

AzNews.az