Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan Zaqatalada təşkil edilən səyyar xidmətin imkanlarından 27 nəfər istifadə edib. Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan Zaqatalada təşkil edilən səyyar xidmətin imkanlarından 27 nəfər istifadə edib.
  • Toplum
  • 19 Oktyabr 2018 12:42
  •  1 173

Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan Zaqatalada təşkil edilən səyyar xidmətin imkanlarından 27 nəfər istifadə edib.

Xidmətdən AzNews.az -a verilən məlumata görə, onlardan 9-na ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 10 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 1 nəfərdən isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. Bundan başqa 7 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün tələb edilən sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Səyyar xidmətlərin təşkilində məqsəd xidmət istifadəçilərinin məmnunluğunu, vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərinin qəbulunun yerində və operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.

Elgün
AzNews.az

image description image description