General Bilik yarışının qaliblərini təbrik etdi General Bilik yarışının qaliblərini təbrik etdi
  • Paytaxt
  • 19 Oktyabr 2018 13:47
  •  3 123

Elçin Qu­liyev gəncləri mükafatlandırdı

General Bilik yarışının qaliblərini təbrik etdi

47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandaların iştirak etdiyi, Heydər Əli­yev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Na­zir­liyinin dəstəyi ilə keçiri­lən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademi­yasının komandası birinciliyi qoruyaraq, 2017-ci ildə olduğu kimi bu dəfə də bilik yarışının qalibi olub.

Xidmətdən AzNews.az-a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən təd­bir­­lərin səmərəliyinin mühüm göstəricisi olan bu qələbə xəbəri Dövlət Sərhəd Xid­mə­tinin şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev bilik yarışının qaliblərini və onları hazırla­mış müəllim heyətini qəbul edib. Elçin Quli­yev kursantları və onların müəl­lim­lərini qələbə münasi­bə­ti­lə səmi­mi təbrik edərək Azərbay­can Sər­­həd Mühafizəsinin təşəkkülündə və formalaş­masında dahi öndər Hey­­dər Əliyevin müstəsna rolu­nu xüsusi olaraq qeyd edib. Dövlət Sərhəd Xidmətinin rəisi Azər­baycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizi re­gio­nun lider döv­lətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çe­virm­əsini, Azər­baycan xalqının gələcəyinə ünvanlanmış milli döv­lətçilik strategiyasını uğurla gerçək­ləşdirməsini, dövlət quruculuğunun və ictimai hə­ya­tın bütün sahələrində olduğu kimi dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini vurğulayıb.

General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənil­məsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017 və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi və­tən­pərvərlik tər­bi­yəsi sahəsində qaza­nılmış ciddi uğur kimi qiymətləndirib.

“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bi­lik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yük­sək nəti­cə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fər­manlar ilə mükafatlandırılıblar.

image description image description image description image description