AQTA əməkdaşları “Sağlam məktəbli” layihəsi çərçivəsində 18 nömrəli məktəbdə olub AQTA əməkdaşları “Sağlam məktəbli” layihəsi çərçivəsində 18 nömrəli məktəbdə olub
  • Toplum
  • 19 Oktyabr 2018 16:57
  •  1 913

Orta məktəbdə qida ilə bağlı maarifləndirici tədbir

AQTA əməkdaşları “Sağlam məktəbli” layihəsi çərçivəsində 18 nömrəli məktəbdə olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirici tədbirlərini davam etdirir. Maarifləndirici tədbirlər çərçivəsində AQTA əməkdaşları oktyabrın 19-da Yasamal rayonunda yerləşən 18 saylı orta məktəbdə olublar.

AzNews.az AQTA-ya istinadən xəbər verir ki, tədbirdə ilk olaraq məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Mən qidayam”, “Artıq şəkərin ziyanları” videoçarxları təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin önəmindən danışılıb.

Daha sonra agentlik əməkdaşları tərəfindən “5 addımda qida təhlükəsizliyi” təqdimatı şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Enerji içkilərinin fəsadları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda Agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir və cari ilin sonunadək Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.

Səidə Nurməmmədli,

AzNews.az

image description