Diasporla İş üzrə Dövlət Komitəsinə 319 ədəd kitab hədiyyə edilib. Diasporla İş üzrə Dövlət Komitəsinə 319 ədəd kitab hədiyyə edilib.
  • Toplum
  • 19 Oktyabr 2018 17:08
  •  1 533

Elmlər Akademiyasından 319 kitab hədiyyəsi - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinə 319 ədəd kitab hədiyyə edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımıza paylanılması məqsədilə dünya və Azərbaycan ədəbiyyatına aid kitabların əldə edilməsinə kömək göstərilməsi məqsədilə ilə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müvafiq müraciət ünvanlayıb.

AzNews.az xəbər verir ki, kitabxana rəhbərliyi tərəfindən müraciətə müsbət cavab verilərək Diasporla İş üzrə Dövlət Komitəsinə 319 ədəd kitab hədiyyə edilib.

Mövcud qanunvericiliyin tələblərinə və ölkə başçısının tapşırıqlarına uyğun olaraq Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan soydaşlarımızın zəngin dünya görüşünün formalaşması, milli-mənəvi dəyərlərimiz haqqında, Qarabağ həqiqətləri və s. haqqında dolğun informasiyaya yiyələnməsi istiqamətində davamlı işlər görülür. Eyni zamanda, Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə və müraciətinə diqqətlə yanaşır.

Soydaşlarımızın və diaspor təşkilatlarının Dövlət Komitəsinə Azərbaycan dilində latın qrafikası ilə yazılmış kitabların əldə edilməsinə kömək göstərilməsi xahişi ilə etdiyi müraciətə də operativ reaksiya təmin olunub. Artıq, 19 oktyabr tarixində Mərkəzi Elmi Kitabxana tərəfindən, mövcud imkanlara uyğun olaraq, dünya və Azərbaycan ədəbiyyatına, Qarabağ tarixinə, xalqımızın folklor nümunələrinə və s. aid 319 ədəd kitab Komitəyə təqdim edilib.

Yaxın zamanlarda kitabların soydaşlarımıza çatdırılması təmin olunacaqdır.

AzNews.az

image description image description image description image description