"Gözlə görüləcək artım müşahidə olunur" "Gözlə görüləcək artım müşahidə olunur"
  • Toplum
  • 19 Oktyabr 2018 17:29
  •  1 355

"Sürüşmə evlərin hasarlarına yaxınlaşır" - Ekspedisiya rəisi

"Gözlə görüləcək artım müşahidə olunur"

"Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür. Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır: "Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur". (Report)

© AzNews.az