Şəmkir rayonunda yol qəzası baş verib. Şəmkir rayonunda yol qəzası baş verib.
  • Mahal
  • 20 Oktyabr 2018 12:34
  •  2 116

Şəmkirdə ağır yol qəzası: Ölən və yaralanan var

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az