Xidmət bu tarixlərdə bölgələrdə olacaq Xidmət bu tarixlərdə bölgələrdə olacaq
  • Toplum
  • 22 Oktyabr 2018 10:59
  •  1 154

Səyyar ASAN iş başında

Xidmət bu tarixlərdə bölgələrdə olacaq

Səyyar ASAN xidmət 6 – 25 oktyabr Hacıqabulda, 6 oktyabr – 3 noyabr Tovuzda, 5 oktyabr – 3 noyabr Xudatda, 8 oktyabr – 6 noyabr Şəkidə, 18 oktyabr – 6 noyabr Ağsuda, 19 oktyabr – 2 noyabr Qovlar şəhərində, 22 oktyabr – 10 noyabr Binəqədi qəsəbəsində, 24 oktyabr – 22 noyabr Biləsuvarda, 24 oktyabr – 7 noyabr Xaldan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

AzNews.az-ın xəbərinə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Nigar CƏFƏR

AzNews.az