Xəsarət alan olmayıb Xəsarət alan olmayıb
  • Toplum
  • 22 Oktyabr 2018 11:14
  •  1 452

ABŞ səfirliyi əməkdaşının avtomobili avtobusla toqquşdu - Bakıda

Xəsarət alan olmayıb

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Şərifzadə küçəsi, 140 ünvanında ABŞ vətəndaşı, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı Blu Loles idarə etdiyi “Toyota Prado” markalı “90 TP 596” dövlət nömrə nişanlı avtomobillə Bərdə rayon sakini Yusif İbrahim oğlu Mustafayevin idarə etdiyi 39 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı “10 TF 993” dövlət nömrə nişanlı avtobusla toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)

© AzNews.az