"Bu məlumat internetdə yayılıb, hələ ki fakt təsdiqlənməyib" "Bu məlumat internetdə yayılıb, hələ ki fakt təsdiqlənməyib"
  • Toplum
  • 22 Oktyabr 2018 21:06
  •  1 835

Restoranda kirpi əti verilməsi ilə bağlı rəsmi açıqlama - Video

"Bu məlumat internetdə yayılıb, hələ ki fakt təsdiqlənməyib"

“Bu barədə bizdə dəqiq məlumat yoxdur. Bundan əlavə, biz deyə bilmərik ki, bu kirpinin, qoyunun və ya başqa bir heyvanın ətidir. Bu məsələ ilə bağlı tapşırıq verilib, bir sıra məsələlər araşdırmalıdır. Restoran sahibləri bildirib ki, bu video bir neçə il əvvəl çəkilib. Hazırda həmin videonun nə vaxt qeydə alındığı araşdırılır”.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Bakıda restoranlardan birində kirpi ətinin verilməsi ilə bağlı yayılan videoya münasibət bildirərkən açıqlamasında bildirib.

"Öncə qeyd edim ki, restoran sahiblərinin mənşəyi bilinməyən heyvan ətini almağa ixtiyarı yoxdur. Bu işlə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yox, digər aiddiyyətli qurumlar məşğul olur, burada söhbət insanların sağlamlığından gedir. Hətta ov əti belə olsa, həmin ət xəstəlik daşıyıcısı ola bilər. Restoran sahibi hər hansı naməlum adamdan, ovçudan mənşəyi bilinməyən ət alırsa, bu zaman qida təhlükəsizliyi məsələsi yaranır. Belə faktlar mütləq araşdırılmalıdır.

Bu fakta gəlincə, araşdırma zamanı üzə çıxsa ki, videodakı oxlu kirpinin əti olub, onu hansısa ovçu vurub, bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tədbir görəcək", - deyə departamentin direktoru qeyd edib.(report.az)

AzNews.az