Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur. Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur.
  • Toplum
  • 23 Oktyabr 2018 14:33
  •  1 784

Azərbaycanda gənclər kanalı yaradılacaq - Büdcədən vəsait ayrılır

Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur.

Bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində əksini tapıb.

AzNews.az xəbər verir ki, layihəyə əsasən, “e-gənclik” elektron xidmət və informasiya portalı resursunun yaradılması planlaşdırılır.

Eyni zamanda, 2019-2022-ci illərdə istedadlı və yaradıcı gənclərin əməyinin stimullaşdırılması, gənclər üçün aktual olan məsələlərin həlli, gənclərin qeyri-hökumət təşkilatlarının işində iştirakını stimullaşdırılması gənclər siyasətinin əsas istiqamətlərindən olacaq.

Nigar CƏFƏR

AzNews.az