• Toplum
  • 8 Noyabr 2018 13:49
  •  1 237

Avtobusun vurduğu qadın üç ildir süpürgəçi işləmir - BŞİH

Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: “Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.

Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Hadisəni törədən sürücü saxlanılıb.(report.az)

AzNews.az