Yol polisi orta məktəbdə görüş keçirib Yol polisi orta məktəbdə görüş keçirib
  • Toplum
  • 14 Noyabr 2018 17:36
  •  2 412

Vaqif Əsədov azyaşlı piyadaların vurulmasından danışdı

Yol polisi orta məktəbdə görüş keçirib

“Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, bunu Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə 276 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirici tədbirlərinin mütamadi olaraq keçirildiyini bildirib. O, qeyd edib ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir.

V.Əsədov həmçinin bildirib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.

Görüş zamanı şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır fəsadlardan bəhs edən sosial video çarxlar nümayiş etdirilib.

Tədbirdə məktəbin direktoru Bəhram Şiriyev polis əməkdaşlarına şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği işində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az