“Məndən heç nə soruşmayın, xahiş edirəm, onsuz da bilirəm nə soruşacaqsınız…”. “Məndən heç nə soruşmayın, xahiş edirəm, onsuz da bilirəm nə soruşacaqsınız…”.
  • Toplum
  • 16 Noyabr 2018 11:17
  •  4 113

“Bilirəm nə soruşacaqsınız” - Misir Mərdanov Abel Məhərrəmovdan danışmaq istəmədi

“Məndən heç nə soruşmayın, xahiş edirəm, onsuz da bilirəm nə soruşacaqsınız…”.

Bunu AzNews.az əməkdaşının zənginə telefonu açan kimi keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Əməkdaşımız sabiq nazirdən Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsinə münasibət öyrənmək istəyib.

Lakin eks nazir telefonu açar-açmaz “Xahiş edirəm, məndən heç nə soruşmayın” - deyə, cavab verib.

“Axı, bilmirsiniz nə soruşacağıq” israrımız qarşısında o, “yox, nə soruşacağınızı bilirəm, ona görə də heç nə soruşmayın” - deyə, əlavə edib.

Qeyd edək ki, Misir Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində çalışıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktorudur.

Elgün Mənsimov
AzNews.az