ETSN bu məqsədlə peyk təsvirlərindən istifadə edəcək. ETSN bu məqsədlə peyk təsvirlərindən istifadə edəcək.
  • Toplum
  • 16 Noyabr 2018 15:24
  •  1 617

Azərbaycanı təbii fəlakətlərdən peyklər qoruyacaq

ETSN bu məqsədlə peyk təsvirlərindən istifadə edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) gələn ildən başlayaraq daşqın və subasma ilə bağlı fövqəladə hallar baş verə biləcək zonaların müəyyənləşdirilməsində peyk təsvirlərindən istifadə edəcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün təsdiq edilən "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

ETSN 2019-2022-ci illərdə potensial daşqın təhlükəsi olan çayların mənbələrindəki buzlaqların vəziyyətinin monitorinqində də peyk təsvirlərindən istifadə edilməsini təmin etməlidir.

Fövqəladə Hallar Nazirliyi də 2019-2022-ci illərdə təbii və texnogen fəlakətlərin başvermə ehtimalı yüksək olan ərazilərin daimi monitorinqində və qabaqlayıcı tədbirlər görülməsində peyk təsvirlərindən istifadə etməlidir. O cümlədən təbii və texnogen fəlakətlərin vurduğu ziyanın ilkin və operativ qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi təmin olunmalıdır.

© AzNews.az