19 yaşlı gəncə atasının böyrəyi uğurla transplantasiya edilib. 19 yaşlı gəncə atasının böyrəyi uğurla transplantasiya edilib.
  • Toplum
  • 16 Noyabr 2018 17:04
  •  1 353

Atadan köçürülən böyrək gənci xilas etdi

19 yaşlı gəncə atasının böyrəyi uğurla transplantasiya edilib.

Yeddi dəfə uğursuz əməliyyat keçirən 19 yaşlı gəncə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) atasının böyrəyi uğurla transplantasiya edilib.

Mərkəzdən bildiriblər ki, bu barədə əməliyyatı icra edən RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan məlumat verib: “Uzun illərin hemodializ xəstəsi olan gənc pasiyentimiz müraciət etdiyi bütün mərkəzlərdə dəfələrlə əməliyyat keçirib. Buna baxmayaraq, nəticə uğursuz alınıb. Hətta hemodializə girməsi üçün xəstənin mərkəzi damarları da tromblaşıb. Xəstə klinikamıza müraciət etdikdə çox ağır vəziyyətdə və ümidsiz halda idi. İlk olaraq, xəstə və donor çox ciddi araşdırıldı. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarıldı. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra böyrəyin donordan alınması və resipiyentə köçürülməsi üzrə əməliyyatın, eyni zamanda, həyata keçirilməsinə qərar verildi. Xəstəyə və onun donoru olan atasına əməliyyatın riskləri ətraflı izah edildi. Əməliyyatın mürəkkəbliyi də yeddi dəfə uğursuz əməliyyat keçirməklə bağlı yaranmış anatomik problemlərin mövcudluğunda idi. Peşəkar cərrahi və nefroloji komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmayıb. Həm resipiyent, həm də donor eyni dərəcədə sağlam şəkildə evə yola salındı”.(AZƏRTAC)

© AzNews.az