Aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub.
  • Toplum
  • 16 Noyabr 2018 18:35
  •  1 429

Sumqayıtda 26 ton kartof məhv edildi - FOTOLAR

Aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub.

Noyabrın 16-da Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında, AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.

AzNews.az xəbər verir ki, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 99 ZC 209 dövlət nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.

AzNews.az

image description image description