Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.
  • Toplum
  • 19 Noyabr 2018 12:44
  •  1 745

5 gün iş olmayacaq

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü, həftənin cümə axşamı isə növbəti iş günüdür.(report.az)

© AzNews.az