Bakıda marşrut avtobusu qəza törədib. Bakıda marşrut avtobusu qəza törədib.
  • Toplum
  • 19 Noyabr 2018 13:32
  •  2 197

Bakıda avtobus qəzası - Sürücü öldü

Bakıda marşrut avtobusu qəza törədib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© AzNews.az