Bakıda 22 yaşlı gəlin itkin düşüb. Bakıda 22 yaşlı gəlin itkin düşüb.
  • Toplum
  • 19 Noyabr 2018 13:43
  •  1 362

Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı - Qayınanası axtarır

Bakıda 22 yaşlı gəlin itkin düşüb.

Gəncə şəhər sakini Amaliya İsmayılova Kəpəz rayon Polis Şöbəsinə ərizə müraciət edərək, gəlini, 1996-cı il təvəllüdlü Türkan Abbasəliyevanı noyabrın 7-də Gəncə Avtovağzalından Bakıya yola saldığını bildirib. Qadın ərizəsində həmçinin qeyd edib ki, Bakıya yola saldığı gəlini noyabrın 12-də geri qayıtmalıymış. Lakin gəlib geri dönməyib.

Faktla bağlı araşdırmalara başlanıb.

İtkin düşən gəlinin əlamətləri: boyu 165 sm, arıq bədən quruluşlu, saçının rəngi qəhvəyi, gözlərinin rəngi mavidir.

Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur.(open.az)

© AzNews.az