Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib.
  • Toplum
  • 19 Noyabr 2018 17:18
  •  1 190

Narkomaniya ilə mübarizəyə dair təlim keçirilib

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib.

Təlim “Təhsilalanlar arasında narkotik vasitələrin istifadəsi ilə mübarizənin və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub. Təlimlərə “Məktəblinin dostu” layihəsindən və uşaq-gənclər idman məktəblərindən ümumilikdə 70 əməkdaş cəlb edilib.

AzNews.az xəbər verir ki, təlimlər sağlam həyat tərzi üzrə təbliğat kampaniyasının təşkili, təhsil müəssisələrində çalışan pedaqoji heyətin zərərli vərdişlərlə mübarizə barəsində maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə təşkil olunub.

Təlimlər təhsildə psixososial xidmətin təşkili, zərərin azaldılması, insan alveri, yoluxucu xəstəliklər, stressin növləri və aradan qaldırılması, böhranlı vəziyyətlərdə psixoloji reaksiya və ilkin psixoloji yardım, posttravmatik stress pozuntusu, məişət zorakılığı

zamanı ilkin yardım alqoritmləri və digər mövzuları əhatə olunub.

Səidə Nurməmmədli,

AzNews.az