Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib. Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib.
  • Toplum
  • 20 Noyabr 2018 09:44
  •  999

Daha bir yol faciəsi: ölənlər var...

Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib.

Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, nəticədə 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və Leyla Məmmədova dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az