Qanunvericilikdə müəyyən dəyişiklik edilməklə bu işlər kameralar vasitəsilə də aparılacaq Qanunvericilikdə müəyyən dəyişiklik edilməklə bu işlər kameralar vasitəsilə də aparılacaq
  • Toplum
  • 20 Noyabr 2018 09:47
  •  1 360

BNA: Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər görülür

Qanunvericilikdə müəyyən dəyişiklik edilməklə bu işlər kameralar vasitəsilə də aparılacaq

“Hazırda xüsusi proqram təminatı olan planşetlə BNA əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür”.

Bu sözləri AzNews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbəri Mais Ağayev deyib. O qeyd edik ki, qanunvericilikdə müəyyən dəyişiklik edilməklə bu işlər kameralar vasitəsilə də aparılacaq.

“Planlaşdırırıq ki, bütün avtobus dayanacaq məntəqələri olan yerlərdə xüsusən də, hərəkətin daha çox və problemli olduğu ünvanlarda kameralar quraşdırılsın”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakının bir çox yerində avtobus dayanacaqlarına avtobusların girişində problem yaranır. Bunun səbəbi isə dayanacaqlarda taksilərin saxlamasıdır.

Nigar CƏFƏR

AzNews.az