Gəncədə baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb. Gəncədə baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.
  • Toplum
  • 20 Noyabr 2018 09:57
  •  1 620

İcra başçısının müavini partlayışdan danışdı - Video

Gəncədə baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.

Bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.

O bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir: “Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlanılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.

M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb: “İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyyə edilərək başqa ərazilərə köçürüləcəklər”.(report.az)

© AzNews.az