Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir.
  • Toplum
  • 20 Noyabr 2018 23:22
  •  2 518

Aktyorun döydüyü direktorla bağlı rəsmi - AÇIQLAMA

Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir.

Xəbər verdiyimiz kimi, bu gün aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov döyülən direktorla bağlı açıqlama yayıb.

O bildirib ki, məktəb direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib:

“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.

AzNews.az