Hadisə Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib Hadisə Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib
  • Toplum
  • 21 Noyabr 2018 09:14
  •  2 970

Bakıda yanğın - 4 nəfər təxliyə edildi

Hadisə Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib

Bakı şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb.

Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az