BŞİH güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib. BŞİH güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.
  • Toplum
  • 21 Noyabr 2018 11:18
  •  1 307

Sürücülərə xəbərdarlıq edildi - Küləkli havada...

BŞİH güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında park etməsinlər".

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə normal hava şəraitində də avtomobillərin ağacların altında park edilməsi tövsiyə olunmur.(trend.az)

© AzNews.az