Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçirilib. Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçirilib.
  • Toplum
  • 21 Noyabr 2018 21:31
  •  1 439

Sumqayıtda top mərmiləri aşkarlandı - FOTOLAR

Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçirilib.

Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisində yeddi top mərmisi aşkar olunub.

Bu barədə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 7 ədəd top mərmisi aşkar olunub. Üç ədəd mərminin daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 4 ədəd mərminin daşınması təhlükəli olduğu üçün növbəti iş günündə yerində zərərsizləşdirilməsi nəzərdə tutulur.

AzNews.az

image description image description image description image description