İmtahanlarda 757 namizəd iştirak edib İmtahanlarda 757 namizəd iştirak edib
  • Toplum
  • 23 Noyabr 2018 13:41
  •  3 219

Direktorların işə qəbulu davam edir

İmtahanlarda 757 namizəd iştirak edib

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi davam edir.

AzNews.az xəbər verir ki, imtahan mərhələsində indiyədək 757 namizəd iştirak etdiyi qeydə alınıb.

Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni əldə edib.

Qeyd edək ki, bu mərhələdə 1600-dən artıq namizədin iştirakı nəzərdə tutulub.

Səidə Nurməmmədli
AzNews.az