SON DƏQİQƏ! Bakıya giriş-çıxış bağlandı

Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.

AzNews.az xəbər verir ki, yolda olan sürücülərin Modern.az-a verdiyi məlumata görə, tıxac 2 saata yaxındır davam edir.

20 yanvar dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub. Sumqayıta getmək istəyən sərnişinlərin böyük bir hissəsi isə metronun 20 yanvar stansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb avtomobil gözlədiklərindən həmin yolda da maşınlar yalnız bir cərgə boyunca hərəkət etmək məcburiyyətində qalıb.

Əraziyə əlavə polis qüvvələri cəlb olunsa da, hələ ki, problemi həll etmək mümkün olmayıb. Tıxacın hansı səbəbdən yaranması ilə bağlı hər hansı məlumat verilmir.

AzNews.az