• Toplum
  • 29 Noyabr 2018 12:56
  •  766

Tanınmış fotojurnalist dünyasını dəyişdi

“Xalq qəzeti”nin fotoqrafı Rafiq Salmanov vəfat edib.

Bu barədə qəzetin əməkdaşları xəbər veriblər.

70 yaşında dünyasını dəyişən Rafiq Salmanovun cənazəsi dəfn olunmaq üçün Şabran rayonuna yola salınıb.

Həmkarları bildiriblər ki, R.Salmanov Bakıda doğulub böyüsə də, dədə-baba yurdunda - Şabran rayonunun Pirəbədil kəndində dəfn olunmaq istəyirmiş.

Qeyd edək ki, R.Salmanov "Azərbaycan pioneri", "Vışka", "İdman" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işləyib.

Veteran fotojurnalist 20 ildən çoxdur ki, "Xalq qəzeti" redaksiyasında çalışırdı, dörd kitab müəllifidir.

Allah rəhmət eləsin!(modern.az)

© AzNews.az